Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129383
az

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO

22:0001 Fevral, 2025
33
ŞOU-BİZNES
  • A

"Artıq hamıya məlumdur ki, Aila Rai ötən gün dəhşətli qəza keçirib. Nəticədə onun qabırğaları qırılıb və bədənin müxtəlif üzvləri xəsarət alıb. Bununla əlaqədar o təcili əməliyyat olunub. Bu gün Aila narkozdan ayılıb. Artıq həyati təhlükəsi yoxdur". 

Bu sözləri gənc müğənni Aila Rainin prodüseri Aytən xanım olay-ın əməkdaşı ilə söhbətində deyib. 

İfaçının prodüseri ötən gün Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" verilişində söylədiyi "Ailanın qəza nəticəsində beli qırılıb" açıqlamasının yalan olduğunu bildirib: 

"Elgiz Əkbərin canlı efirdə Ailanın belinin qırılması ilə bağlı verdiyi məlumatın heç bir əsası yoxdur. Çünki, o da məlumatı başqa saytdan götürüb oxuyub. Xeyr, beli qırılmayıb, sadəcə ağır zədələr alıb. Amma Aila əməliyyat olunaraq o zədələr aradan qaldırılıb. Həkimlər isə onun hazırki vəziyyətinin orta ağır kimi qiymətləndirirlər". 

Qeyd edək ki, Aila Rai Şahdağdan qayıdarkən ağır qəza keçirib. 

--------------
2025.01.31


"Səs Azərbaycan" yarışmasından tanınan müğənni Aila Rai avtomobil qəzasına düşüb.

OXU24.COM  xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində bildirib. O, ifaçının Quba rayonunda avtomobil qəzasına düşdüyünü qeyd edib:

"Vəziyyəti kritikdir, beli qırılıb. Hazırda reanimasiyadadır, həyatla mübarizə aparır. Ailənin tək uşağıdır. Allah şəfa versin". /Axşam.az

--------

16:32

"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".

O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:

"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.

---------

14:21

Gənc müğənni Aila Rai vəziyyəti ağırdır.

Qeyd olunub ki, sənətçi dostları ilə birgə ötən gün Şahdağdan qayıdarkən ağır yol qazasını keçirib. Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşən ifaçı bu gün Baku Hospital Klinikasına köçürülüb. 

Onun vəziyyətini kritik olduğu qeyd olunub.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi