Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
İsrail HƏMAS-a atəşkəs ultimatumu verib
Ukraynanın hər yerində hava hücumu təhlükəsi siqnalı səsləndi
Finlandiya Rusiya ilə sərhəd yaxınlığında qeyri-qanuni kəşfiyyat məlumatlarının aşkar edildiyini açıqlayıb
ABŞ əsgərləri  Nigerdə ​​rusların yerləşdirilməsinə görə döyüş hazırlığını artırdığını açıqlayıb
Sabirabad rayonunda yeni təyinat olub
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
Belqorodda İHA hücumu təhlükəsi üçün siren işə salınıb
BÜTÜN XƏBƏRLƏR
106754
az

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – SƏBƏB

16:5822 Aprel, 2024
1169
ŞOU-BİZNES
  • A

Əməkdart artist Cavanşir Məmmədovun vəfatı həm sənət dünyasını, həm də onu sevənləri dərindən sarsıttı. Ürəktutmasından dünyasını dəyişən sənətçinin dəfnində az adamın iştirak etməsi müzakirə mövzusuna çevrildi. Hətta bu məsələ çoxları tərəfindən qınanıldı.

Maraqlıdır, niyə əksər məhşurların dəfnində insan sayı az olur? Bunun səbəbi nədir?

Oxu24.com  bildirir ki, mövzu ilə bağlı aparıcı Elgiz Əkbər “Yeni Sabah”a danışıb. Aparıcı qeyd edib ki, sənət adamlarının dəfnində iştirak etmək lazımdır:

“Bizdə sənət adamlarına layiq olduğu qiyməti vermirlər. Adamın mədəniyyət və incəsənət sahəsində xidmətləri var. Dünyasını dəyişib. Hər kəsin borcudur ki, onun dəfnində iştirak etsin. Bu səbəbdən həmin məsələdə üzrlü və üzrsüz səbəblər var. Mən efirdə idim. Xəbəri eşitdim, efir bitəndən sonra hüzr yerinə gəldim. Belə hesab edirəm ki, sənət adamlarının dəfnində iştirak etmək çox vacibdir”.

E.Əkbər bildirib ki, dəfn mərasimində iştirak etmək ölən adam üçün yox, bizim üçün vacibdir:

“Sənətkarların dəfnini təşkil etmək lazımdır. Azərbaycanda nə qədər qurum var. Bu cür işlər üçün də hər hansısa tədbirlər görülməlidir. Türkiyədə bu işlər yaxşı idarə olunur. Məhşurlardan kimsə vəfat edəndə nə qədər insan onun dəfninə toplaşır. Əsas isə həmkarlardır. Bizdə bu cür mərasimlərdə iştirak zəif olur. Dəfndə o qədər də insan olmur. "Üç" mərasiminə üstünlük verirlər. Ya da deyirlər ki, sonra gedərəm. Amma əsas vəfat etdiyi gündür. Həmin gün iştirak etmək lazımdır. Kənardan da nə isə deyiləndə xəcalət çəkməyək. Könül rahatlığı ilə deyə bilək ki, biz bu adamı son mənzilə yaxşı yola saldıq. Hər halda belə vəziyyətlərdə hər camiənin öz adamları var. Ancaq bunu təşkil etmək lazımdır. Bu təmtəraqlar bizə görədir. Onların dünyadan köçən adama heç bir xeyri yoxdur. Bu sənətə verilən qiyməti göstərir. Yoxsa 5 nəfərlə də bastırsalar eynidi, 3 nəfərlə də. Ölən adam bunu hiss etmir. Məşğul olduğu sahə üzrə əziyyətləri varsa, adamı hörmət və izzətlə son mənzilə yola salmaq vacibdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
Xidmətçisi Fatimənin evindən oğurluq etdi
Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi