Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104906
az

Əməkdar artist insult keçirdi – Danışığını tamamilə itirib - VİDEO

17:1726 Mart, 2024
193
ŞOU-BİZNES
  • A

87 yaşlı Əməkdar artist Kifayət Gəncəli (Məmmədova) bir müddət əvvəl insult keçirib. 

OXU24.COM  xəbər verir ki, bu haqda "Elgizlə izlə" ictimai-sosial verilişində məlumat verilib. 

Proqramın çəkiliş heyəti və ekspert qismində çıxış edən Əməkdar artist Kübra Əliyeva sənətçiyə baş çəkmək üçün onun yaşadığı evinə yollanıb. K.Gəncəliyə qulluq edən qızı Elza anasının qəfil səhhətinin pisləşdiyini və insult keçirdiyini açıqlayıb: 

"Anam danışırdı, gülürdü. Amma gecənin bir yarısında birdən-birə anam işemik insult keçirdi. Onun beyninə qan sızdı. Biz də bilmədik ki, bu, nədən baş verdi. Bəlkə də buna səbəb təzyiqinin yüksəlməsi oldu. Onun hazırda sağ qolu və sağ ayağı işləmir. Danışığını tamamilə itirib. Udquna da bilmir. Anam müalicələrinə davam etməlidir. Bununla da bağlı bizim xərclərimiz çox olacaq". 

Kübra Əliyeva Kifayət Gəncəlinin sağlamlığına qovuşması üçün veriliş adından müğənniyə zərfdə müəyyən miqdarda pul verib. 

Qeyd edək ki, Kifayət Gəncəlinin "Qızıl fond"da 300-ə yaxın lent yazısı var. Onların arasında "Leylam", "Elə bağlıyam", "Tələbəlik illəri", "Xatırla məni" və digər ifaları var. 2007-ci ildə müğənni "Əməkdar artist" fəxri adına layiq görülüb. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü