Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104905
az

Aygün Bəylərin bacısı: “Röya Ayxan bizə başsağlığı vermədi” – VİDEO

16:5726 Mart, 2024
178
ŞOU-BİZNES
  • A

"Bacım Aygün Bəylərin heç kimlə küsülülüyü, incikliyi yox idi. Bacım dünyasını dəyişəndən sonra onun ifa etdiyi "Nə yaxşı sən varsan" mahnısı sosial şəbəkələrə yayıldı. O, dünyasını dəyişməzdən əvvəl yayda bağda ona sual verdim ki, "Bu nəğməni niyə üzə çıxarmırsan?" Cavab verdi ki, "Bu mahnının üzərinə düşməmişəm və fikrimdə də olmayıb ki, onu oxuyum". Dedim ki, "Bu mahnını Röya da ifa edib". Söylədi ki, "Xəbərim yoxdur". Amma mən bilmirəm o bu mahnını Aygündən əvvəl, yoxsa sonra ifa edib. Bu mahnının musiqisi Kamalın, sözləri isə Baba Vəziroğlunun idi. Aygün söylədi ki, lap yaxşı edib, Röya oxuyub. Yəni onun oxumasına qətiyyən etiraz etmədi. Bu isə o demək idi ki, Aygün inciyirdi, amma küsülülük ola bilməzdi". 

OXU24.COM  bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova qonaq olduğu "O üz" verilişində deyib. 

Zümrüd bacısının Xalq artisti Röya Ayxanla yaşadığı inciklikdən söz açıb. O bildirib ki, Röya onların ailəsinə başsağlığı verməyib:

"Ona sənətkar deyəndə o bunu danırdı. Söyləyirdi ki, o qədər sənətkarların qarşısında ona sənətkar demək olmaz. Çox təvazökar insan idi. Biz Röyanın sosial şəbəkədə bacım Aygün Bəylərlə bağlı başsağlığı paylaşımını görməmişdik. Heç o bizə başsağlığı verməyib. Bizə söylədilər ki, Röya Aygünün məzarına gül çələngi göndərib. Sonra o gül çələnginin şəkillərini çəkib mənə göndərmişdilər. Yenə də bacımın məzarına gələnlər, gəlməyənlər, çələng göndərib, göndərməyənlər sağ olsunlar. Artıq həyatımızda Aygün Bəylər yoxdur. Çox istərdim ki, bacıma halallıq versinlər". 

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO