Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103606
az

İsrailin Eurovision-a təqdim etdiyi ikinci mahnı da rədd edilib

22:4628 Fevral, 2024
205
ŞOU-BİZNES
  • A

Avropada İsrailin Eurovision Mahnı Müsabiqəsinə qadağa qoyulması çağırışları davam edərkən, Təl-Əviv rəhbərliyinin müsabiqə üçün təqdim etdiyi ikinci mahnının siyasi mesaj ehtiva etdiyi üçün rədd edildiyi bildirilib.

Oxu24.com  xəbər  verir  ki, İsrailin “Ynet” xəbər saytının nəlumatına görə, Avropa Yayım Birliyi (EBU) İsrailin müsabiqədə iştirak etmək üçün təqdim etdiyi ikinci mahnını da rədd edib.

Bildirilib ki, İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan “Oktyabr yağışı” kimi “Dance Forever” mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücuma işarə edir.

Xəbərdə birinci mahnı kimi ikinci mahnının da siyasi məzmunlu olduğuna görə rədd edildiyi, hər iki mahnının müsabiqəyə birlikdə təqdim edildiyi bildirilib.

Digər tərəfdən, İsrailin dövlət televiziyası KAN tərəfindən edilən açıqlamada, mədəniyyət və idman naziri Miki Zoharın EBU-dan İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnının təsdiqlənməsini tələb etdiyi bildirilib.

Mövzu ilə bağlı açıqlama verən İsrail prezidenti İsaak Hersoq, "İsrailin Eurovision-a qatılması vacibdir, yalnız haqlı olmaq deyil, ağıllı olmaq da vacibdir",-deyə  bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
Xidmətçisi Fatimənin evindən oğurluq etdi
Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO