Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103547
az

Səkinə İsmayılova bu aparıcılara görə efirə çıxmır: "Dəhşətdir, ayıbdır"

23:4627 Fevral, 2024
269
ŞOU-BİZNES
  • A

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm".

OXU24.COM  xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. 

S.İsmayılova efirə az çıxmasının səbəbini açıqlayıb:

"Sənətkarların çoxu isə tez-tez efirdə olur. Aparıcı sənətkarın yanında 2, 3 il, 1 aydır çıxan ifaçıya da sənətkar, ona da sənətkar deyir. Bu, dəhşətdir, ayıbdır. Evdə otururam, baxıram və mənə pis təsir edir. İllərini bu insanlar sənətə sərf ediblər. Biz sənətkar deməliyik. O birinə isə, öyrənirsən, bəlkə gələcəyin yaxşı olacaq. Bir-iki mahnı oxuyub, o kanala gedir, bu kanala gedir. Bunları görəndə adam dala çəkilmək istəyir. İllərlə qazandığın hörməti belə edə bilməzsən. Bunları qəbul edə bilmərəm. Ona görə də uzağam. O aparıcılar üzərlərində işləməlidir.

Bir də görürsən sual verir, özü danışır. Bir dinləmək mədəniyyətin olsun. Bir dayan, nəfəs al, gör, nə deyir. Cavab verə bilməyəndə, danış, istiqamətləndir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hüsniyə Məhərrəmli:
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
Studiyada təsirli anlar: Lalə Azərtaşın ayağına qapandı - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib