Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103469
az

Aysun ikinci evliliyindən DANIŞDI: "Ərim avara adam deyil ki..." - VİDEO

09:2527 Fevral, 2024
255
ŞOU-BİZNES
  • A

Müğənni Aysun İsmayılova ikinci evliliyindən danışıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sosial şəbəkə hesabında ona evliliyi ilə bağlı verilən saysız-hesabsız suallara həyat yoldaşı vəkil Ramil Vəliyevlə avtomobildə gedərkən paylaşdığı videoaçıqlaması ilə cavab verib.

Aysun həyat yoldaşının üzünü gizlətməsinə belə reaksiya bildirib:

"Hər şənbə və bazar həyat yoldaşımla səhər yeməyinə gedirik. Hamı rəylərdə yazır ki, niyə həyat yoldaşını göstərmirsən, onsuz da bilirik o, kimdir. Ona görə göstərmirəm ki, həyat yoldaşım boş-bekar və avara insan deyil. 

O, ali savadlı, şou-biznesə aid olmayan şəxsdir. Bu, mənim şəxsi həyatımdır. Mən şəxsi həyatımla bağlı, daha dəqiq desək ikinci evliliyimlə bağlı heç bir açıqlama verməyəcəkdim, sadəcə hər kəs bu məsələ ilə bağlı soruşduğu üçün 2 aydan sonra açıqlama verdim ki, 2-ci dəfə ailə həyatı qurmuşam".

Aysun İsmayılova daha sonra paylaşımında vəkil əri Ramil Vəliyevlə Dağüstü parkda gəzinti zamanı əl-ələ tutmasının görüntüsünü çəkərək səhifəsində yayımlayıb. 

Müğənni həmin kadrlara ərinin adını da işarələyib.

Qeyd edək ki, Aysun İsmayılova ötən ilin mayında həyat yoldaşı Eşqin Cəlilovdan rəsmi şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova boşandıqdan sonra qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləyib. 

Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində 30 sutka həbs qərarı çıxarılıb. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb. 

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər