Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103098
az

Vəfat etmiş bəstəkardan mahnı istəyən müğənni kimdir? - "Üzürlü sayın, mən ölmüşəm"

22:4319 Fevral, 2024
248
ŞOU-BİZNES
  • A

İllər öncə dünyasını dəyişən bəstəkardan mahnı yazmaq xahiş olunub.

OXU24.COM  qaynarinfo-ya istinadən xəbər verir ki, bu günlərdə müğənnilərdən biri sosial səhifə üzərindən mərhum bəstəkar Tahir Əkbərə müraciət edib. Sənətçi bəstəkardan ona mahnı yazmasını istəyib.
Bəstəkarın profilindən isə müğənniyə "üzürlü sayın, mən ölmüşəm" cavabının qarşılığında müğənni "çox sağ olun" deyə bildirib. 
Məsələ ilə bağlı mərhum bəstəkarın ailəsi ilə əlaqə saxladıq. Tahir Əkvərin həyat yoldaşı Aybəniz Əkbər həmin müğənninin adını açıqlamaq istəmədiyini bildirib:

"Adam dərk edə bilmir. Yazıram ki, ölmüşəm. Cavab verir ki, çox sağ olun, nə deyim vallah. Gör nə gündəyik? Hələ belələrini də efirə çıxardırlar. İnanın ki, səhərə kimi gülmüşük. Məsələ burasındadır ki, həmin müğənnini sonra kanalların birində gördük. Mahnı oxuyurdu". 
Ətraflı

Qeyd edək ki, bəstəkar Tahir Əkbər 2018-ci ildə dünyasını dəyişib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI: