Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101556
az

Aygün Kazımova oğurlanmış səhifəsini niyə geri qaytarmır? - Səbəbi bilindi

17:3923 Yanvar, 2024
193
ŞOU-BİZNES
  • A

Xalq artisti Aygün Kazımovanın 8 gün ərzində "İnstagram" səhifəsini qaytara bilməməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Bəzi sosial media mütəxəssisləri bu prosedurun o qədər də çətin olmadığını iddia edirlər. Onların sözlərinə görə, oğurlanan səhifəni geri qaytarmaq üçün bir gün vaxt və 2000-4000 manat civarında vəsait tələb olunur. 

Bəs görəsən, oğurlanmış səhifələrin geri qaytarılma prosesi deyildiyi qədər asandırmı? 

OXU24.COM  bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bu proses əvvəlki illərdə daha asan olsa da, indi vəziyyət fərqlidir: 

"Məşhurların sosial şəbəkə profillərinin oğurlanması son günlər baş verən hadisə deyil. Bu hal bir neçə ildir ki, yaşanır. Sadəcə, əvvəlki illərdə bu qədər geniş yayılmamışdı, pərakəndə idi. Lakin son illərdə sosial şəbəkələrin daha aktiv istifadə edilməsi, qurumların sosial şəbəkələrdə fəaliyyətini artırması və ya böyük influenserlərin ortaya çıxması, həmçinin sənətçilərin, tanınmış şəxslərin sosial şəbəkələrdə öz fəaliyyətini qurmasından sonra  profillərin oğurlanması halları daha da artdı. Əvəllər "mavi tık" (təsdiqlənmiş profil) prosesi var idi, bunun üçün sənədlər təqdim olunurdu və sosial şəbəkələr səni həqiqətən də mühüm şəxs olaraq gördükdən sonra "mavi tık" verirdi. O vaxt bu cür səhifələr oğurlandıqda onun geri qaytarılması çox asan idi. Əvvəl təqdim etdiyin sənədləri təqdim edib özünü təsdiqlədirdin və səhifən rahatlıqla geri qayıdırdı. "Mavi tık" pullu versiyaya keçdikdən sonra isə sənədlərin o qədər də əhəmiyyəti qalmadı, hər pulu ödəyən "mavi tık" alır deyə, belə səhifələrin oğurlanması da artdı. Və indi səhifələrin geri qaytarılması o qədər də rahat deyil, bunun üçün müəyyən proseduralardan keçmək lazımdır, bu isə hər zaman alınmır. Səhifəni oğurlayan şəxslər bu prosedurların qarşısını almaq üçün lazımi tədbirlər görürlər - mail hesabını, əlaqə nömrəsini dəyişirlər və səhifənin geri qaytarılmasını əngəlləyirlər". 

Ekspert bu tip hücumların məqsədinin müxtəlif olduğunu deyib: 

"Səhifələrin oğurlanması müxtəlif məqsədlərlə baş verir. Bəzən hücum müəyyən seqmentə edilir. Məsələn, hər hansı bank bir xidmət təklif edir, xakkerlər həmin xidmətlə maraqlananların profillərinə hücum edirlər, nailiyyət əldə etdikdə isə konfidensial məlumatları profillərdən oğurlayırlar və digər həmlə kimi bank kartından istifadə etmək üçün növbəti addıma keçirlər. 

Hücumlar bəzən bir şəxsə yönəlik, şantaj məqsədilə olur.

Bəzənsə, hücumlar məqsədsiz olur. Bu şəxslər "qara şapkalı xakkerlər", xakkerliyi təzə öyrənənlər arasında daha çox olur. Onlar biliklərini yoxlamaq və ya öz eqolarını tətmin etmək üçün məqsədsiz şəkildə başqalarının profillərini oğurlayırlar. 

Bəzi xakkerlər böyük izləyici kütləsi olan səhifələri ələ keçirməyə çalışırlar. Məsələn, Aygün Kazımovanın səhifəsi bu kateqoriyaya aid idi. Onlar bu yolla ya şəxsi şantaj edib pulla səhifəni geri qaytarmaq istəyirlər, ya da həmin səhifələrdə xarici kriptovalyuta yaxud saytların reklamını aparmağa çalışırlar". 

E.Abbasov vətəndaşların xakker hücumlarından qorunması üçün tövsiyələrini də verib:

"Bu cür hücumlardan qorumağın ən geniş yayılmış yolu ikili identifikasiyanı aktivləşdirməkdir. Bu yolla 100-də 100 olmasa da, müəyyən qədər qorunmaq mümkündür. Hər bir halda, kibertəhlükəsizlik boşluqları yarana bilir.

Sosial şəbəkələri oğurlanan şəxslər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edərək onlardan dəstək ala bilərlər". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı