Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101267
az

Şəbnəm ilə İlahə arasında QALMAQAL: “Məni də, şəxsiyyətimi də...” – VİDEO

10:3719 Yanvar, 2024
187
ŞOU-BİZNES
  • A

Müğənni İlahə İbadovanın efirlərin birində söylədiyi "Şəbnəm Tovuzlunun oxuduğu mahnıları sevmirəm. Şəxsiyyət olaraq da Şəbnəmi tanımıram. Mən Şəbnəmin sənətini görməmişəm.

Efirdə oxuduğu mahnılarını da sevmirəm. Mən bunu efir qarşısında deyirəm. Kimlərsə də məni bəyənməyə bilər. Bu isə normaldır" sözlərə həmkarı Şəbnəm Tovuzlu (Əsədova) sərt reaksiya verib. 

Oxu24.com xəbər verir ki, Şəbnəm bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. 

Şəbnəm bildirib ki, İlahə ilə aralarında inciklik yaşandığı üçün münasibətləri kəsilib: 

"Zaman var idi ki, İlahə ilə "salam-sağ olumuz" vardı. Ona hörmətim də vardı. Amma var idi... İlahə söylədi ki, məni də, şəxsiyyətimi də tanımır. Burada isə səhv danışdın. Sən məni niyə tanımırsan ki? Sən məni çox gözəl tanıyırsan. Bəzi sənətçilər var ki, onlar sırf kameraya "işləyir". Amma belə kameraya "işləməyin", real həyatda necəsinizsə, kamera önündə də elə olun. Mənim sözüm İlahəyədir. Onun hansısa sözü xətrimə dəymişdi və münasibətimiz kəsilmişdi. Amma bizim elə də güclü münasibətimiz olmayıb. Amma deyə bilərdi ki, Şəbnəmi kütlə sevir və onun öz kütləsi var.

Deyir ki, mən onun mahnılarını eşitməmişəm. Necə, yəni eşitməmisən? Bəlkə də avtomobilində disk şəklində mənim oxuduğum mahnılar var. Əgər dinləmirsinizsə, o zaman niyə verilişdə hind notlarında bir mahnı oxudunuz. Muğam ifaçısı idinizsə, bu cür mahnı yox, muğam oxuyardınız. O mənim haqda çox aqressiv danışdı. O xanıma hər zaman hörmətim olub. Deyir ki, sevmirəm də... Ondansa deyin ki, Allah hamının ruzisini versin. Sevmə, kim deyir ki, sev... Ən azından tanışlığımız və ünsiyyətimiz olub. Bunları efirdə demək lazımdır. Real olun! Bir-birimizi tədbirlərdə də görmüşük, toyda da olmuşuq. Mehribanlığımız da olub... Bu söhbətlərdən sonra biz danışmamışıq". 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı