Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98398
az

SON DƏQİQƏ! Məşhur müğənni həbs edildi

18:5022 Noyabr, 2023
530
  • A

Sankt-Peterburqun Leninski Rayon Məhkəməsi Eduard Şarlottu xırda xuliqanlığa görə inzibati məsuliyyətə cəlb edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti Telegram kanalında məlumat yayıb.

 

İfaçı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsini ("Xırda xuliqanlıq") pozub.

 

Musiqiçinin ictimai yerdə kobud nalayiq ifadələr işlətdiyi, qollarını yellədiyi, qışqırdığı və şərhlərə reaksiya vermədiyi qeyd edilir.

 

Məhkəmə müəyyən edib ki, Şarlotta bununla ictimai asayişi və vətəndaşların dincliyini pozub. O, 13 sutka həbs edilib.

 

2023-cü il iyunun sonunda müğənni Şarlotta Rusiya pasportunu yandırıb və Kiyevdə qəbul olunmasını istəyib. Noyabrın 22-nə keçən gecə müğənni müvəqqəti məskunlaşdığı İrəvandan Sankt-Peterburqun Pulkovo hava limanına uçub. Təyyarə eniş etdikdən dərhal sonra onu saxlayıb və əli qandallı şəkildə polis bölməsinə aparıblar.

 

Şarlotta ordunu gözdən salmaq, pasportunu zədələmək və xırda xuliqanlıq etmək ittihamı ilə protokol tərtib edilib. Dindirmə zamanı Şarlotta özü davranışını "yalan məlumatlara aludəçilik" kimi izah etdi və "bir daha belə olmayacaq" deyə söz verib.

 

Müəllif: Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu
Goranboydan dəhşətli xəbər gəldi: Yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı