Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97790
az

Baxış Hüseynov vəfat etdi

12:0612 Noyabr, 2023
348
SON DƏQİQƏ
  • A
Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib. Oxu24.com-un xəbərinə görə, o bu gün dünyasını dəyişib. Qeyd edək ki, B.Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda (ATİ) təhsil alıb. 1962-ci ildən Moskva Tibb Stomatoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında asistent, 1969-cu ildə dosent vəzifələrində çalışıb. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib. B.Hüseynov 1992-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Zelenskini axtarışa verib
Salyandan dəhşətli xəbər gəldi: 22 yaşlı oğlan...
Rusiyaya PUA hücumu olub

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...