Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97513
az

SON DƏQİQƏ! Azərbaycan ictimaiyyətinə ağır itgi baş verdi

22:3307 Noyabr, 2023
368
SON DƏQİQƏ
  • A

AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev vəfat edib.

Oxu24.com  report-a istinadən xəbər verir ki, alim 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fərman Ağadədə oğlu Quliyev 1937-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olub.

1965-ci ildə Gürcüstan Subtrоpik Təsərrüfatı İnstitutunda (Suxumi şəhəri) namizədlik dissertasiyasını müdafiə edib və 11 iyun 1965-ci il tarixində kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alıb.

1965-1967-ci illər ərzində Krasnodar vilayətinin (Rusiya) Soçi Subtropik və Cənub Meyvə Bitkiləri Təcrübə Stansiyasında (indiki Rusiya Dağ Bağçılığı və Gülçülüyü Elm İstehsalat Birliyi) baş elmi işçi vəsifəsində çalışıb.

1967-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Azərbaycan Bağçılıq və SB ETI-nin Lənkəran Filialında aqrokimya və bitki fiziologiyası laboratoriyasının müdiri vəzifəsinə gəlib.

1973-cü ildə "Baş elmi işçi" rütbəsini və 1988-ci ildə isə "Dosent" elmi rütbəsini alıb.

1980-ci ildə "Xalqlar Dostluğu" ordeni və "Əmək Rəşadəti" medalları ilə təltif olunub.

1982-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Aqronomu" fəxri adını alıb, "XXI-ci əsrin tanınmış alimi" Beynəlxalq diploma layiq görülüb.

2014-2015-ci illərdə 4 çay sortu: "Fərmançay", "Lənkəran", "Xəzər", "Fərmançay Çəhrayı" Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edib və 2019-cu ildə patentləşdirilərək rayonlaşdırılıb.

Bu sortlar zoğvermə intensivliyi, zoğların keyfiyyət göstəricilərinə görə, quru çay məhsulu bu ana kimi rayonlaşdırılmış "Azərbaycan-2" çay sortundan kəskin üstünlükləri ilə fərqlənir.

Çay, limon, narıngi, portağal, qreypfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və i.a. subtropik bir sıra dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərimin nəticələri təsərrüfatda geniş tətbiq edilərək, ali məktəblərin tədris proqramlarına, tədris vəsaitlərinə daxil edilmiş, xarici dillərə tərcümə olunub.

Fərman Quliyevin rəhbərliyi altında Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və tədris müəssisələri üçün 18 fəlsəfə doktoru və elmlər doktoru hazırlayıb. Onların bir qismi artıq elmi dərəcələrini alıb.

Elmi əsərləri azərbaycan, rus, fars, ingilis, çin, gürcü və s. dillərdə çap olunub. Subtropik bitkilər sahəsində 300-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın, monoqrafiyaların, metodik vəsaitlərin, tövsiyələrin müəllifidir.

Qeyd edək ki, mərhum alim Fərman Quliyev Millət vəkili Rüfət Quliyevin qardaşıdır.

Mərhum noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində torpağa tapşırılacaq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu
Goranboydan dəhşətli xəbər gəldi: Yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı