Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94427
az

4 ölkə Belarusa qarşı bəyanat yaydı

17:2928 Avqust, 2023
124
SON DƏQİQƏ
  • A

Polşa, Litva, Latviya və Estoniya Daxili İşlər nazirliklərinin rəhbərləri birgə bəyanat yayaraq, Vaqner muzdlularının Belarusu tərk etmələrini tələb ediblər.

Oxu24.com xəbər  verir  ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski Baltikyanı ölkələrdən olan həmkarları ilə danışıqlardan sonra bildirib ki, onlar öz müraciətlərini Belarus hakimiyyətinə ünvanlayıblar.


Həmçinin öz bəyanatında dörd ölkənin nümayəndələri Belarusu Avropa siyasətçilərinin fikrincə, Belarus xidmətləri tərəfindən ora aparan qeyri-qanuni miqrantları sərhəd bölgəsindən dərhal çıxarmağa çağırıb.

Kaminski bildirib ki, Vaqner muzdlularının iştirakı ilə təhlükəli insident baş verərsə, Polşa və Baltikyanı ölkələr Belarusla sərhədlərini tamamilə bağlayacaqlar.

Vaqner üsyanı nəticəsində qrupun qurucusu Yevgeni Priqojin PMC-də qalmağa qərar verən muzdluların "Belarusa gedə biləcəkləri" ilə razılaşdı. Polşada bunu ölkə üçün “mənfi siqnal” adlandırdılar və sərhədi möhkəmləndirməyə başladılar. Avqustda məlum olub ki, Polşa hakimiyyəti Belarusla sərhəddə ümumilikdə 10 min hərbçi yerləşdirməyə qərar verib.

Polşa-Belarus sərhədində də son aylarda əsasən Yaxın Şərq və Afrika ölkələrindən Aİ-yə keçməyə çalışan miqrantların sayında da artım müşahidə olunub. Polşa hakimiyyəti Belarusu qeyri-qanuni miqrasiyaya şərait yaratmaqda ittiham edir.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı