Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86096
az

Sürücü piyadanı öldürüb qaçdı

09:5903 Aprel, 2023
373
SON DƏQİQƏ
  • A
Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb. "Report"un məlumatına görə, hadisələr aprelin 1-də qeydə alınıb. Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsi ərazisində baş verib. Belə ki, naməlum sürücü idarə etdiyi naməlum avtomobillə hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər