Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81210
az

SON DƏQİQƏ! Azərbaycanın məşhur idmançısı həbs edilib

11:4725 Yanvar, 2023
741
SON DƏQİQƏ
  • A

Azərbaycanda tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarov həbs edilib.

Oxu24.com xəbər  verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham olunur.

İstintaq müəyyən edib ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir neçə ay sonra isə həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu bir neçə dəfə yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub. Hazırda Elman Muxtarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

 

 

Qeyd edək ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub.

O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

 

Elman həmçinin I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsində erməni qan tökməklə yadda qalıb. Muxtarovun 3-cü yer uğrunda döyüşündə rəqibi ermənistanlı Roman Amoyan olub. Güləş zamanı erməni idmançının qaşı partlayıb. Oyuna bir neçə dəqiqə fasilə verilib. Amoyana tibbi yardım göstərildikdən sonra erməni meydana çıxıb. Lakin Elman Muxtarov onu peşman edib. 20 yaşlı Muxtarov erməni təmsilçi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb
Ukrayna Rusiyaya zərbə endirib: Ölən var
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən var

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO