Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79949
az

SON DƏQİQƏ! Rusiya itkiləri rəsmən açıqladı

18:0002 Yanvar, 2023
391
SON DƏQİQƏ
  • A

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (AFU) HIMARS reaktiv yaylım atəş sistemi ilə Makeevkada rus hərbçilərinin yerləşdiyi yerə hücumu nəticəsində 63 rus hərbçisinin həlak olduğunu açıqlayıb.

Oxu24.com  xəbər  verir  ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Makeyevka qəsəbəsi yaxınlığında Rusiya Silahlı Qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsi altı ədəd HİMARS raketi ilə vurulub.

"Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin atılması nəticəsində 63 rus hərbçisi həlak olub", -  deyə məlumatda qeyd edilir.


Müdafiə Nazirliyi iki HIMARS raketinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edib.

Ukrayna Silahlı Qüvvələri Yeni il gecəsi Makiyevkada peşə məktəbinin binasını vurub. StratCom-un məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Makeyevkada dəqiq zərbəsi sayəsində 400-ə yaxın səfərbər edilmiş rusiyalı məhv edilib, daha 300-ə yaxını isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd olunur ki, yerli 19 saylı peşə məktəbinin binasında rus əsgərləri yerləşdirilib.

Ukrayna mətbuatı peşə məktəbi binasının tamamilə dağıldığını yazır. Ukraynalı jurnalist Roman Boçkalanın sözlərinə görə, tətil zamanı Makeevka yataqxanasında aşağıdakı şəxslər yerləşdirilib:

- Rusiya Federasiyası Silahlı Qüvvələrinin PriVO Hərbi Qüvvələrinin 20-ci Xüsusi Təyinatlı dəstəsinin 24 hərbi qulluqçusu;

- Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 360-cı rabitə alayının 20 hərbi qulluqçusu (5204 saylı hərbi hissə);

- RF Silahlı Qüvvələrinin Raket Qoşunları və artilleriyasının BP-nin 631-ci regional təlim mərkəzinin 242 hərbçisi.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı