Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78744
az

SON DƏQİQƏ! Putin TƏCİLİ ƏMR verdi, ABŞ hərəkətə keçdi - İLK DƏFƏ...

19:0313 Dekabr, 2022
217
  • A

ABŞ uzun müddətdir üzərində işlədiyi yeni hipersəs raketini sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunun ilk əməliyyat sınağı olduğunu vurğulayaraq, B-52 bombardmançı təyyarəsindən atılan raketin səsdən 5 dəfə daha sürətli hərəkət etdiyini açıqlayıb.

Üç ildir bir sıra uğursuz sınaqlara imza atan ABŞ Rusiya və Çindən sonra bu silaha sahib olduğunu dünyaya bəyan edib. Hərbi analitiklər, sözügedən sınaqın həmin ölkələrə bir mesaj olduğunu vurğuladılar.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ilin sonuna qədər hipersəsli “Satan-2” nüvə raketinin ikinci sınağına dair təcili göstəriş verib.

Putinin tapşırığından sonra ABŞ öz donanmasına aid yeni hazırlanmış döyüş gəmilərinin nüvə silahı potensialının artırılmasına dair tənzimləmə edib.

6397fea04e3fe02718a5bc81.jpg (46 KB)

Dünyanın o biri tərəfindəki hədəfləri vura bilən Rusiyanın ölümcül silahı olan RS-28 Sarmat raketi İngiltərənin paytaxtı Londona da çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə sahib dğvlətə çevrilir. ABŞ mətbuatının yazdığına görə, hətta Amerika da raketin məsafəsi daxilindədir.

ABŞ Kosmik Qüvvələrinin Əməliyyatlar üzrə vitse-prezidenti, general Devid Tompson Çinin artan hərbi kosmik potensialı ilə bağlı etiraf kimi açıqlamalar verib.

Çinin kosmosda ilk zərbə qabiliyyətinə malik olub-olmaması ilə bağlı suala Tompsonun cavabı “potensial var” olub.

“2020-ci illərin sonuna kimi onların kosmosda lider olmalarının proqnozlaşdırıla bilən bir nəticə olduğunu düşünmürəm, lakin onlar inanılmaz sürətlə irəliləyirlər” - Devid Tompson deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib
Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi