Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78670
az

SON DƏQİQƏ! Rusiya üçün böyük şok: FSB-nin bazası vuruldu

00:0413 Dekabr, 2022
1291
SON DƏQİQƏ
  • A

Ukrayna ordusu işğalçı Rusiya qüvvələrinə ağır zərbə vurub.

Oxu24.com xəbər  verir  ki,Melitopol meri İvan Fedorov bildirib ki, Ukrayna ordusu Zaporojye vilayətinin işğal olunmuş Melitopol şəhərində rus işğalçılarının mühüm bazalarına hücum edib. Xüsusən də şəhərin kənarındakı otel və restoran kompleksində yerləşən  Rusiya FSB-nin bazası darmadağın edilib.


Onun sözlərinə görə, ruslar təşviş içində öz qoşunlarını başqa məntəqələrə və yaşayış məntəqələrinə keçiriblər.

“Ukrayna Silahlı Qüvvələri analitika və məlumat bazalarının saxlanmasına cavabdeh olan FSB əməkdaşlarının məskunlaşdığı otel və restoran kompleksinə zərbələr endirib. Şənbə və bazar günləri Ukrayna Silahlı Qüvvələri işğalçılar üçün “atəşfəşanlıq” nümayiş etdirib. Onların həftə sonu itkiləri onlarla ölü və 200-dən çox yaralı olub. Onların hava hücumundan müdafiəsinin işləmədiyini görürük. İndi də panikaya düşüblər. Nə edəcəklərini bilmirlər. Dünən səhərdən hərbi dəstələrini gizlətmək üçün başqa yerlərə köçürdülər. Mən deməzdim ki, onlar qaçırlar - yenidən yerləşdirilirlər”, - Fedorov bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Melitopoldan 20 km aralıda Rusiyanın nəzarət-buraxılış məntəqəsini də vurublar, həmçinin rusların hava hücumundan müdafiə qüvvələrinin hədəflərini izlədiyi və aeronavigatsiyanı həyata keçirdikləri RLS-in yerini məhv ediblər.

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Rusiyaya zərbə endirib: Ölən var
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən var
Üzücü xəbər gəldi: Azərbaycanda məşhur professor vəfat etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO