Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75902
az

"Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb"

08:5606 Noyabr, 2022
132
SON DƏQİQƏ
  • A
KİV: "Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb" KİV: Ukrayna Ordusu Rusiyanın taborunu məhv edib, 500-dən çox hərbçi ölüb Ukraynanın Luqansk vilayətinin Makeyevka kəndi ətrafında Ukrayna hərbçilərinin atəşi sonucunda Voronej vilayətindən səfərbər edilmiş rusiyalılardan ibarət tabor məhv edilib. Yüzlərlə hərbçi ölüb. “Report” xəbər verir ki, bu barədə Rusiyanın “Vyorstka” nəşrinə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib. Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb. Onun sözlərinə görə, komandir əvvəlcə onları cəbhə xəttinin 15 kilometrliyində “ərazi müdafiəsi”nə qoşulmalı olduqları Svatovo rayonuna göndərəcəyini vəd edib. Amma noyabrın 1-dən 2-nə keçən gecə bütün tabor qoşunların təmas xəttinə gətirilib və “müdafiə xəttini qazıb saxlamaq” əmri verilib: “Bizə dedilər ki, qazın, tabora üç kürək var idi, ümumiyyətlə heç bir təminat yox idi. Bacardıqca qazdıq və səhərə sarı atəş başladı - artilleriya, “Qrad”lar, minaatanlar, kopterlər, bizi sadəcə güllələyirdilər. Hər şey başlayanda zabitlər dərhal qaçdılar. Atəşlər arasındakı fasilələrdə qazmağa çalışdıq, lakin kopterlər bizi dərhal müəyyən etdi və sadəcə güllələndi. 570 nəfərdən 29-u salamatdır, 12 nəfər yaralanıb, qalan hamı ölüb”. O, həmçinin qeyd edib ki, onun atəşə məruz qaldığı Luqansk vilayətinin bu ərazisində ən azı daha bir tabor dağıdılıb: “Televiziyada hər şeyin gözəl olduğunu göstərirlər, ancaq əslində burada - Luqansk vilayətində cəbhəyə məhz səfərbər olanları atırlar və biz zabitləri görmədən oradan uzaqlaşanda artıq geriyə gedirdik, gördük ki, üçüncü xəttə yalnız müqaviləli hərbçilər və könüllülər oturublar, ön cəbhədə isə səfərbər olunanlar”. A.Aqafonov bildirib ki, Rusiyada xeyli sayda səfərbər olunan “müdafiədəki boşluqları aradan qaldırmaq” üçün Svatovoya gətirilir. Onun sözlərinə görə, Ukrayna qoşunları səfərbər olunan rusiyalıların olduğu bütün ərazini artıq təmizləyib. Çox sayda itkilərin olmasına dair məlumatı məlumatı sağ qalan hərbçilərin arvadları da təsdiqləyir. “Səhər başqasının nömrəsindən mənə zəng edib nə baş verdiyini dedi, onları müdafiə xəttini qazmağa atıblar, minaatanlardan atəşə tutulublar. İndi onlar harasa getməyə qorxur, hətta blokposta belə getməyə qorxurlar. Rəhbərlik onları atıb və onlar nə edəcəklərini bilmirlər, sadəcə kömək istəyirlər”, - Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan hərbçinin həyat yoldaşı Lyudmila Çernıx söyləyib. Eyni zamanda, noyabrın 5-də səfərbər olunanların qohumları Voronej prokurorluğunun binası yaxınlığında toplaşaraq onlara yaxınları haqqında məlumat verməyi tələb ediblər. Qeyd edək ki, “Vyorstka” ictimai-siyasi nəşri cari ilin aprel ayında Rusiyada mediaya qarşı kütləvi təqiblər fonunda müstəqil jurnalistlər və gender savadlılığı sahəsində çalışanlar tərəfindən yaradılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Rusiyaya zərbə endirib: Ölən var
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən var
Üzücü xəbər gəldi: Azərbaycanda məşhur professor vəfat etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA