Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75709
az

SON DƏQİQƏ! Gizli görüş deşifrə edildi - Dünyanı ayağa qaldıran ŞOK Ukrayna planı

13:2403 Noyabr, 2022
172
SON DƏQİQƏ
  • A

ABŞ-dan Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduqca mübahisəli bir iddia gəlib.

Oxu24.com  Amerikanın CBS News kanalına istinadən xəbər verir ki, iki ABŞ rəsmisinin sözlərinə görə, Rusiya generalları keçən ay Ukraynadakı müharibədə nüvə silahından necə və nə vaxt istifadə edəcəklərini müzakirəyə çıxarıblar.

ABŞ-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu danışıqlarda iştirak etməyib. Ağ Ev rəsmiləri də son aylarda nüvə silahından istifadə ehtimalı ilə bağlı narahatlıqların artdığını bildiriblər. Bununla belə, onlar Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmədiklərini də əlavə ediblər.

_127490636_70b707ded062225113d2a1d36140c1352ca4b175272_221_2256_12701000x563.jpg (71 KB)

Kremlin sözçüsü Dmitri Peskov Qərbi “məsələni qəsdən gündəmə gətirməkdə” ittiham edib.

Sentyabrın sonlarında Putin nüvə silahı və anti-Qərb ritorikasını gücləndirərək Rusiyanı və Ukraynada işğal olunmuş əraziləri qorumaq üçün “hər bir vasitənin masada olduğunu” söyləyib. “Bu blef deyil” deyən Putin Rusiya silahlarının NATO-nun arsenalında olan silahlardan qat-qat güclü olduğunu iddia edib.

Pentaqonun sözçüsü Con Kirbi ABŞ mətbuatında çıxan Rusiya generallarının nüvə silahından istifadəni müzakirə etməsi ilə bağlı xəbəri belə şərh edib: “Son aylarda nüvə silahından istifadə potensialının artması ilə bağlı narahatlığımız var”.

WhatsApp Image 2022-11-03 at 10.45.31.jpeg (116 KB)

Moskvada nüvə silahının hansı şəraitdə istifadə oluna biləcəyi ilə bağlı çoxsaylı fikirlər səsləndirilir. Ötən həftə Rusiya ordusu təlim zamanı düşmənin nüvə hücumuna necə cavab verəcəyi ilə bağlı məşqlər keçib.

Putinin Rusiyanın nüvə doktrinasına aydın baxışı var ki, bu silahlar yalnız müdafiə məqsədləri üçün istifadə oluna bilər. Lakin çərşənbə axşamı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın nüvə doktrinasının başqa bir elementini gündəmə gətirib. O, Ukraynanın əvvəllər sahib olduğu bütün əraziləri geri almaq istədiyinə diqqət çəkib və bunun “dövlətin mövcudluğu üçün təhlükə” olduğunu bildirib: "Dövlətin mövcudluğuna təhlükə olduğu halda, Rusiya nüvə silahından istifadə edə bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər