Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71297
az

SON DƏQİQƏ! Ukraynadan təcili xəbər gəldi:Gecə saatlarında...

09:0628 İyun, 2022
163
SON DƏQİQƏ
  • A

“Rusiya Silahlı Qüvvələri Severski istiqamətində atəşə davam etdirir. Xarkov istiqamətində qarşı tərəfin əsas səyləri Ukrayna ordusunun dövlət sərhədinə qədər irəliləməsinin qarşısının alınmasına yönəlib”.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

“Düşmən Yavirske qəsəbəsi yaxınlığında havadan zərbə endirib. Həmçinin Xarkov, Ruska Lozova, Starıy Saltiv, Peremoha, Çepil və Milova yaşayış məntəqələri yaxınlığındakı infrastruktur obyektləri artilleriya atəşinə məruz qalıb. Rusiya ordusu Kramatorsk istiqamətində aktiv hərəkətə keçməyib. Düşmən Baxmut-Lısıçansk magistralına nəzarəti ələ keçirmək ümidini itirmir. Baxmut istiqamətində Rusiya ordusu Kostiantynivka, Bilohorivka, Vyimka, Pokrovski, Baxmut və Soledar rayonlarını artilleriyadan atəşə tutdular. Avdiivka, Kuraxiv, Novopavliv və Zaporojjya rayonlarında qarşı tərəf fəal hərəkətə keçməyib”, - məlumatda bildirilib.

Məlumata görə, Ukrayna əsgərləri Yeqorivka - Pavlivka istiqamətində hücumu dəf ediblər:

“Qarşı tərəf itki verərək geri çəkilib.

Cənub Buq istiqamətində düşmən əsas səylərini əvvəllər işğal olunmuş sərhədləri qorumağa, qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldir.

“Kalibr” tipli iki dəniz qanadlı raket daşıyıcısı Qara dənizdə raket silahlarından istifadəyə hazırdır. Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşı tərəfin mövqelərinə güclü hava zərbələri endirib.

Həmçinin əsgərlərimiz raket və artilleriya atəşi tapşırıqlarını uğurla yerinə yetirməkdə davam edir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər