Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69463

Hava ilə bağlı xəbərdarlıq edildi

13:0414 May, 2022
711
SON DƏQİQƏ
  • A

Bakıda və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

 

 

Oxu24.com
Loading...

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

 DİN və Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
SON DƏQİQƏ! Rusların qırıcısı vuruldu: General öldü
Əks-hücuma keçən Ukrayna ordusu 24 kəndi AZAD ETDİ

Gəlin nişanlısının keçəl olduğunu öyrəndi: TOYDAN QAÇDI

18+

Bakıda məktəbli qız özünü binadan kişinin başına  belə atdı (18+VİDEO)
Bakıda kirayə ev axtaran vətəndaşları aldadıb pulunu alan
Dırnağlardakı ağ ləkələr bu xəstəliklərdən xəbər verir - Diqqətli olun!
Mövlam Şixəliyevin məhkəməsində sensassion ifadə: MTN-in arxa qapısında...