Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66012
az

SON DƏQİQƏ! NATO qərar verdi: Rusiya şokda

23:2925 Fevral, 2022
4491
SON DƏQİQƏ
  • A

"Bu gün liderlər olaraq Ukraynaya dəstəyimizin davamı ilə bağlı qərar qəbul etdik”.

Oxu24.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun fövqəladə iclasından sonra mətbuata açıqlamasında bildirib.

"Müdaxilə qüvvələrimizi dənizdə, quruda və havada hərəkətə keçirdik. ABŞ, Kanada və Avropadakı müttəfiqlərimiz minlərlə hərbçisini ittifaqın şərq qanadına daşıdı. Gəmilərimiz Aralıq dənizindən şimala keçdi.

Rus birlikləri Kiyevə doğru irəliləyir, məqsədləri hökuməti dəyişdirməkdir. Rusiyanı bu mənasız müharibəyə son verməyə çağırırıq. Rusiya təcavüzkardır. Belarus ona kömək edir. Rusiya bunun ağır nəticələrini ödəyəcək.

Ukraynaya hərbi və fərqli tipdə avadanlıqlarla dəstək verməyə davam edəcəyik”, – o bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək