Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61868
az

DİQQƏT! FHN əhaliyə müraciət edib

12:5029 Noyabr, 2021
485
SON DƏQİQƏ
  • A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Həmçinin oxu:  

 SON DƏQİQƏ! Azərbaycanda sabiq Milli Təhlükəsizlik naziri vəfat etdi

  Gözlərinizin ağı saralıbsa, BU XƏSTƏLİKDƏN  şübhələnmək lazımdır

  Alma qabığını çay kimi dəmlədi, olanlar həkimləri belə şoka saldı, əsla atmayın

FHN-dən  Oxu24.com-a verilən məlumata görə, bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür.

Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

"Qeyd olunanlarla bağlı vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladırıq:

- Elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

- Standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!

- Elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!

- Elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

- Mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!

- Mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

- Uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

- Azyaşlıları nəzarətsiz qoymayın!

- Tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!

Nəzərə almaq lazımdır ki, yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmayın! Mənzilinizi və əmlakınızı yanğından qoruyun!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng vurun!", - FHN-dən bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən var
Üzücü xəbər gəldi: Azərbaycanda məşhur professor vəfat etdi
Rusiyada zəlzələ oldu

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR