Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59140
az

İran hərbi təlimləri gözlənilmədən başa çatdırdı – 3 ölü, çox sayda yaralı…

11:3304 Oktyabr, 2021
1131
SON DƏQİQƏ
  • A

İran ordusunun Azərbaycanla sərhədlərin yaxınlığında keçirdiyi “Xeybər fatehləri” genişmiqyaslı təlimləri zamanı üç hərbçinin öldüyünü, bir neçəsinin yaralandığını İsrail hərbi qaynaqları da təsdiq edir. İsrail Ordu Radiosu ötən gün oktyabrın 3-də bu haqda bildirib.

“İran vertolyotunun  Tehranın Azərbaycanla gərginlik fonunda iki ölkə sərhədləri yaxınlığında keçirdiyi “Xeybər fatehləri” təlimləri zamanı buraxdığı raketlə 3 İran hərbçisi ölüb”, – məlumatda deyilir.

Xatırladaq ki, təlimlər zamanı İran vertolyotunun səhvən endirdiyi raket zərbəsi zamanı bir neçəsi ağır olmaqla azı 14 əsgərin yaralandığı haqda xəbərlər daha əvvəl sosial şəbəkələrdə yayılmışdı.

Lakin İran ordusunun şimal-qərb regionundakı qərargahının komandanı, briqada generalı Əli Hacilo bu məlumatları təkzib edib, bildirib ki, manevrlər uğurlu olub və onun gedişində heç bir əsgər həlak olmayıb, yaralanmayıb.

Bu arada sosial şəbəkələrdə ötən gün İran ordusunun təlimlərə cəlb edilmiş hissələrinin təlim bölgəsini tərk etdiyinə dair videogörüntülər də yayılıb. Bəzi məlumatlara görə təlimlər nəzərdə tutulduğu vaxtdan tez yekunlaşıb.

İran ordusu bu təlimlərə əksəriyyəti ötən əsrin 60-70-ci illərində istehsal olunmuş çoxsaylı hərbi texnika və silahlar çıxarmışdı. “Azadlıq” radiosunun fars xidməti qeyd edirdi ki, təlimlər ötən əsrin 60-cı illərinin müharibə ssenarisi üzrə keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş mühəndis vəfat etdi
TƏCİLİ XƏBƏR! Helikopterdə olan şəxs zəng etdi
Rəisinin helikopteri tapılıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb