Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46579
az

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: yaralı var

23:1215 Yanvar, 2021
6281
SON DƏQİQƏ
  • A

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü, 28 yaşlı Alışov Famil Firidun oğlu Kürdəmir şəhəri istiqamətində hərəkət etmək üçün dönmə əməliyyatı etmək istəyib.

Bu zaman 25 yaşlı Rzayev Vurğun Vəkil oğlunun idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi arxadan Famil Alışovun avtomobilinə çırpılıb.

İdarəetmədən çıxan “Mersedes” yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı Vurğun Rzayev müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Aprelin 20-də...