Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46329
az

SON DƏQİQƏ! Azərbaycana böyük itki: Görkəmli şəxs vəfat etdi

14:5412 Yanvar, 2021
40712
SON DƏQİQƏ
  • A

Azərbaycan elminə böyük itki baş verib.

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru Ələfsər Bəxtiyar oğlu Məmmədov 69 yaşında dünyasını dəyişib.

Oxu24.com  "Report"a istinadən xəbər verir ki, Ələfsər Bəxtiyar oğlu Məmmədov 4 yanvar 1952-ci ildə Şəkidə anadan olub.

1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya fakültəsini bitirib. 1973-1977-ci illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) əyani aspiranturasında təhsil alıb. Ə.Məmmədov o vaxtdan ömrünün sonuna qədər bu institutda işləyib. 1980-ci ildə kimya üzrə fəlsəfə, 1994-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Ələfsər Məmmədovun əsas elmi istiqaməti müxtəlif kimyəvi çevrilmələr üçün yeni katalizatorların hazırlanmasından ibarət olub. Onun tərəfindən neft fraksiyalarının və fərdi karbohidrogenlərin vacib neft-kimya məhsullarına (benzin, olefin və s.) kimyəvi çevrilməsi və digər proseslər üçün yeni katalizatorların məqsədyönlü hazırlanmasının və həmin proseslər üçün mövcud katalizatorların təkmilləşdirilməsinin fiziki-kimyəvi əsasları işlənib. Bu elmi əsaslar zəminində krekinq və piroliz prosesləri üçün yüksək aktivliyə və seçiciliyə, ekoloji və iqtisadi baxımdan yüksək səmərəliliyə malik, tərkibində seolit olan katalizatorlar hazırlanıb.

Ə.Məmmədov 125 elmi əsərin və müəlliflik şəhadətnaməsinin, 3 dərslik və 1 fundamental mo­no­qrafiyanın müəl­lifi olub. Onun rəhbərliyi ilə 3 fəlsəfə doktoru yetişdirilib. Ələfsər Məmmədov AMEA-nın və Bakı Dövlət Universitetinin Fəxri fərmanları ilə təltif edilib.

Alim elmi fəaliyyətlə yanaşı, müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində, eləcə də 2011-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbin Tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.

Ə.Məmmədov müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının, Radiasiya Problemləri İnstitutunda Elmi seminarın, Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi seminarın üzvü olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib
Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi