Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44263
az

SON DƏQİQƏ! Şəhid olduğu deyilən hərbçimiz sağ qayıtdı

15:1515 Dekabr, 2020
1462
SON DƏQİQƏ
  • A

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq Vətənə gətirilən hərbi qulluqçular arasında Vəliyev Vəliəhəd Şakir oğlu da var.

Oxuxəbər verir ki, 1998-ci il təvəllüdlü V.Vəliyev işğal altında olan torpaqların azad olunması uğruunda gedən döyüşlərdə ermənilər tərəfindən əsir götürülmüşdü.

Bir müddət əvvəl onun şəhid olması xəbəri yayılmış, hətta sonradan Lənkəranın Bala Şürük kəndində yaşayan ailəsinə zəng vuraraq sağ-salamat olduğunu bildirməsi ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq ötən gün 14 hərbi qulluqçu və mülki vətəndaş Bakıya gətirilib. Hazırda onlar müayinə və müalicə olunurlar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib
Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi