Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39616
az

Son dəqiqə! Müdafiə Nazirliyi məlumat yaydı: Düşmənin xeyli sayda qüvvəsi vuruldu

14:5904 Oktyabr, 2020
1258
SON DƏQİQƏ
  • A
"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının (PUA) vurulması və bu tipli digər feyk xəbərlər, müxtəlif dezinformasiyalar yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir". Oxu24.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 4-də keçirilən brifinqdə deyib. O bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimaiyyəti düşmənin dezinformasiyasına uymamağa və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinad etməyə çağırış edirik. Məlumat verilib ki, əks-hücum əməliyyatları çərçivəsində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Düşmənin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Həmin alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Hazırda cəbhədə vəziyyət gərgin olaraq qalır. Müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı ordumuz tərəfindən alınır və ona ağır zərbələr endirilir. Canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşlıları da göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq. Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, ötən müddət ərzində bir neçə yaşayış məntəqəmiz düşmənin artilleriya atəşinə məruz qalıb. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, Tərtərin bir sıra yaşayış məntəqələri, o cümlədən rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara və Hüsənli, Ağdam rayonunun Quzanlı, Əlibəyli, Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı və Təzəkənd, Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri intensiv olaraq raket və artilleriya atəşinə tutulub. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan düşmənə qarşı adekvat tədbirlər görülür. Düşmənin guya Gəncədəki hərbi obyektləri vurması barədə yaydığı xəbər təxribat xarakteri daşıyır və tamamilə yalandır. A.Eyvazov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bəyanatını da diqqətə çatdırıb: "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı