Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32851
az

SON DƏQİQƏ! Operativ Qərargah tarixi açıqladı...

09:2010 İyun, 2020
1323
SON DƏQİQƏ
  • A

“İyunun 15-dən daxili uçuşların bərpası nəzərdə tutulur”.

Oxu24.com-un  məlumatına görə, bunu dünən  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə Naxçıvana həftədə iki uçuş nəzərdə tutulur. Sonradan isə uçuşların sayı artırılacaq. 

İbrahim Məmmədov həmçinin bu gün 130 nəfərin Dağıstan ərazisindən ölkəyə gətirildiyini qeyd edib:

“İndiyə qədər Dağıstandan 503 nəfər gətirilib. İyunun 10-dan Nyu-Yorkdan azərbaycanlılar gətiriləcək. Eyni zamanda çarter reysi qrafiki hazırlanır”.

Mətbuat konfransında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunub. 

Nazirlər Kabinetinin sözçüsü sərt karantin rejimində vətəndaşların ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə biləcəklərini də qeyd edib. Ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, ötən həftənin sonunda küçəyə çıxma qadağası ilə bağlı vətəndaşlar həmrəylik nümayiş etdiriblər;  “Bəzi xırda detalları istisna etsək, həm qərar qəbul ediləndən sonra həftə sonuna qədər olan müddətdə, həm də şənbə və bazar günləri ciddi neqativ halları müşahidə etmədik”.

Ramin Bayramlı Salyan, Kürdəmir, Yevlax və İsmayıllının yoluxma səviyyəsinə görə narıncı zonaya aid edildiyini də qeyd edib. 

O, keçən həftə dializ xəstələrinin qəbulu ilə bağlı yaranan problemlərin də həll edildiyini bildirib: “Bu şənbə günü xəstəxanalar adi rejimdə çalışacaq. Bazar günü dializ xəstələri qəbul edilmir adətən, bazar ertəsi isə proses tənzimlənəcək”.
 
“Xroniki xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar üçün dərmanlar isə apteklərdən indidən alına bilər”- deyə Ramin Bayramlı qeyd edib.

TƏBİB-in sədri Bakı şəhərində əvvəllər yoluxmanın 43-46 %, indi isə bu rəqəmin artaraq 50% üzərində olduğunu qeyd edib. 

Yas yerlərində tibbi maskadan istifadə edilməməsinin kütləvi yoluxmaya səbəb olduğunu açıqlayan Ramin Bayramlı Salyanda 12 nəfər qadının məhz bu zaman virusa yoluxduğunu bildirib.

Ramin Bayramlı asimptomatik xəstələrin evdə müalicəsi barədə qərarın qəbul edilə biləcəyini də vurğulayıb. Artıq bununla bağlı xüsusi applikasiyalar, məlumatlandırıcı materiallar hazırlanıb. 

TƏBİB İdarə Heyətinin sədri Prezident Administrasiyasında 19 nəfərin də koronavirusa yoluxduğunu qeyd edib. Bildirib ki, Fövqəladə Hallar Nazirliyində də 5 nəfər bu virusa yoluxub. Qurum sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.

Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara xəbərdarlıq da edib. Qərarda bildirilir ki, xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Rusiyaya zərbə endirib: Ölən var
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən var
Üzücü xəbər gəldi: Azərbaycanda məşhur professor vəfat etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ