"Nazirlər Kabinetinin bu gün açıqlanan təkliflər paketində müqaviləsiz, qeydiyyatsız və günəmuzd işləyənlərə yardım nəzərdə tutulmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qeydiyyatsız işləyənlərin sayı müqavilə ilə işləyənlərdən qat-qat çoxdur:
Natiq Cəfərli qeyd edib ki, orta aylıq əmək haqqı 712 manatdır:
"Orta aylıq əmək haqqı səviyyəsində maaşların ödənilməsi olacaq. Bundan artıq maas alanların əvvəlcədən aldıqları yüksək maaşa görə "təhlükəsizlik yastığı"nın olduğu deyilir. Sadə dillə desək, deyirlər, "evində pulu var, yəni belə şəxslər müvəqqəti çətinliklərə dözə bilər". Ona görə bundan artıq yardım olunacağını düşünmürəm. Bu da təxminən 300 mindən bir az çox əhalini əhatə edəcək. Hansı ki, bunlar rəsmi və əmək müqaviləsi ilə çalışırlar. Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək".
Oxu24.com
ŞƏRHLƏR