Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25170
az

SON DƏQİQƏ! Arvadı ilə birləşib məxfi məlumatı xaricə satan zabit həbs edildi

14:5125 Fevral, 2020
1237
SON DƏQİQƏ
  • A

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovanın barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Oxu24.com “Report”-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.İsmayılov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Z.İsmayılov 19 il, N. İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayəti, Hərbi prokuror Xanlar Vəliyev də apellyasiya protesti verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Z.İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib.

Z.İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Araşdırmalar zamanı onun həyat yoldaşı N.İsmayılovanın da bu cinayətdə iştirakçılığı müəyyən edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Aprelin 20-də...
Yevlaxdan dəhşətli xəbər gəldi: Ölən var

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı