Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24087
az

SON DƏQİQƏ! Prezident pul ayırdı

17:3906 Fevral, 2020
1013
SON DƏQİQƏ
  • A

Prezident İlham Əliyev Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

oxu24.com   xəbər verir ki, sərəncama əsasən, Şəki rayonunun əhalisi 116539 nəfər olan 15 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Təklif olunan video:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi
TƏCİLİ XƏBƏR! Helikopterdə olan şəxs zəng etdi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO