Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20404
az

Yer kürəsinə qorxunc təhlükə: İki dünya nəhəngi gücünü birləşdirdi

19:0108 Dekabr, 2019
893
SON DƏQİQƏ
  • A

Avropa Kosmos Agentliyi (ESA) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini ehtimal olunan asteroid təhdidlərindən qorumaq üçün əməkdaşlıq haqda qərar verib.

 

Oxu24.com  teleqraf.com-a istinadən bildirir ki, ESA yaydığı açıqlamada NASA ilə birlikdə "Didymos" adlı əkiz asteroidlə bağlı araşdırma aparmaq üçün işbirliyində olacağını bildirib.

Təsdiq olunan birgə layihəyə görə, NASA-nın "DART" adlanan kosmos cihazı əkiz asteroidlərdən birinə çırpılaraq, yaranan vəziyyəti müşahidə altında saxlayacaq.

ESA-nın əməliyyatda iştirak edəcək "HERA" adlı aparatı isə toqquşmadan sonra ortaya çıxacaq dəlilləri toplayaraq analiz edəcək.

 

2021-ci ildə icrasına başlanılacaq layihə çərçivəsində "DART" milyarder iş adamı Elon Maskın sahibi olduğu "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə kosmosa göndəriləcək. Toqquşmanın 2022-ci ildə baş verəcəyi planlaşdırılır.

 

"HERA" isə araşdırmalara 2023 və ya 2024-cü ildə başlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Əli İsgəndərov VƏFAT ETDİ
Bakıda güclü yanğın başladı
SON DƏQİQƏ! Kəmalə Novruzova qəfil vəfat edib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşın hökmləri ləğv edildi