Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103147
az

Azərbaycanın yeddi vətəndaşı Suriyadan Vətənə gətirilib

11:4521 Fevral, 2024
256
SON DƏQİQƏ
  • A
Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. "Azərbaycanın Türkiyədəki səfirliyi müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımızı Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda bildirilib. Miri Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu
Goranboydan dəhşətli xəbər gəldi: Yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı