AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
635
19.02.2024, 23:04
Ötən gün Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ qeydə alınıb. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb.
Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var?
Bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev Referans.az-a açıqlamasında cavablandırıb.
“Ümumiyyətlə, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Bu il nəinki Azərbaycanda, elə dünyada da tektonik və seysmik aktivlik yüksək səviyyəyə qalxacaq. Digər müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycanda belə seysmik aktivlik 2023-cü ildən etibarən davam edəcək. Zəlzələnin zamanını, gücünü, yerini və dərinliyini dəqiqliklə demək mümkün deyil. Demək olmaz ki, hansısa bir tarixdə mütləq şəkildə güclü zəlzələ olacaq. Bunu demək mümkün deyil. Amma biz seysmoloq, müəyyən yanaşmalara, metodlara yiyələnmiş mütəxəssis kimi ehtimal olunan seysmik qiymətləndirilməni rəhbər tutaraq qeyd edə bilərəm ki, 2024-cü ildə hiss olunan zəlzələlər Azərbaycanda olacaq”.
Mütəxəssis bildirib ki, baş verəcək hiss olunan zəlzələlər müxtəlif maqnitudalı olacaq. Bu zəlzələlər ən azı 4, 5, 5.5 maqnitudalı zəlzələlərin hiss olunacağı gözlənilir.
“Zəlzələlər baş verməsi baxımından bir neçə kateqoriyalara bölünür: hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katostrofik. Hiss olunmayan zəlzələlər hər gün baş verir, bunu sadəcə cihazlar hiss edə bilir. Azərbaycanda daha çox hiss olunan zəlzələlər baş verir. Lakin güclü, dağıdıcı və katostrofik zəlzələlərin baş verəcəyini demək çətindir. Ötən ilin fevral ayında Türkiyədə baş verən zəlzələ dağıdıcı zəlzələ idi. Lakin Azərbaycanda dağıdıcı zəlzələ olması ehtimalı çox azdır. Çünki piltələrin hərəkət aktivliyi digər bölgələrlə müqayisədə zəifdir. Dgər bölgələr dedikdə Sakit okean, Filippin, İndoneziya, Türkiyə, İtaliya və s. kimi ölkələri nəzərdə tuturam. Azərbaycanda piltələrin hərəkət sürəti bu ölkələrə nisbətdə zəifdir”.
Həmçinin oxu: Polis qadını həbs etdi - Görün nə edirmiş (FOTO+VİDEO)
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
Əhmədin öldürdüyü bacısının əri kim imiş? - VİDEO
23:29 / 21 Sentyabr 2026
52
23:14 / 21 Sentyabr 2026
65
22:27 / 21 Sentyabr 2026
66
22:22 / 21 Sentyabr 2026
65
22:20 / 21 Sentyabr 2026
66
22:12 / 21 Sentyabr 2026
67
22:04 / 21 Sentyabr 2026
62
22:03 / 21 Sentyabr 2026
59
21:55 / 21 Sentyabr 2026
66
21:47 / 21 Sentyabr 2026
61
21:41 / 21 Sentyabr 2026
75
21:35 / 21 Sentyabr 2026
70
21:32 / 21 Sentyabr 2026
74
21:30 / 21 Sentyabr 2026
98
21:21 / 21 Sentyabr 2026
72
21:18 / 21 Sentyabr 2026
59
21:18 / 21 Sentyabr 2026
61
21:11 / 21 Sentyabr 2026
100
21:02 / 21 Sentyabr 2026
62
20:56 / 21 Sentyabr 2026
71
20:52 / 21 Sentyabr 2026
71
20:29 / 21 Sentyabr 2026
74
20:10 / 21 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.