Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102653
az

ABŞ Türkiyə ilə bağlı qəratı təsdiqlədi

13:0011 Fevral, 2024
291
SON DƏQİQƏ
  • A
ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib. Oxu24.com xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb. Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir: “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”. Qeyd edək ki, konqresmenlərin Türkiyənin müraciətinə iki həftə ərzində etiraz etmək hüququ var idi. Yalnız respublikaçı senator Rend Pol Xarici Əlaqələr Komitəsinə etirazını bildirsə də, heç nəyə nail ola bilməyib. Beləliklə, ABŞ qanunları nöqteyi-nəzərindən Türkiyəyə döyüş təyyarələrinin satışını başa çatdırmaq üçün heç bir maneə qalmayıb. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu
Goranboydan dəhşətli xəbər gəldi: Yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı