Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101605
az

Hərbi təyyarə qəzaya uğradı

13:0224 Yanvar, 2024
196
SON DƏQİQƏ
  • A

Rusiyanın Belqorod vilayətində İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “112” Telegram kanalına mənbə məlumat verib.

 

Hadisə ilə bağlı vilayətin qubernatoru Vyaçeslav Qladkov da məlumat verib.

 

O qeyd edib ki, hadisə Koroçanski rayonunda qeydə alınıb.

 

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

“İş qrafikimi dəyişib əraziyə getdim. Bütün təfərrüatlar sonra məlum olacaq”, - Qladkov bildirib.

Bundan əvvəl Qladkov Belqorodda raket xəbərdarlığı sisteminin işə salındığını açıqlamışdı. Yarım saat sonra həyəcan ləğv edildi.

Bundan əvvəl helikopter Qırğızıstanda təlim uçuşu zamanı qəzaya uğrayıb. Məlum olub ki, təyyarə Silahlı Qüvvələrin Hərbi İnstitutunun yaxınlığındakı Frunze-1 ərazisində qəzaya uğrayıb. Müdafiə Nazirliyindən bildirilib ki, idarənin və Hava Hücumundan Müdafiə Qoşunlarının əməkdaşları hadisəni yoxlayır və baş verənləri aydınlaşdırır.

Bundan əvvəl Belqorod yaxınlığındakı kəndin üzərində pilotsuz təyyarə vurulmuşdu.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın başladı
Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi