Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99788
az

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib

16:0124 Dekabr, 2023
270
SİYASƏT
  • A

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Oxu24.com  xəbər verir ki, Kasım-Jomart Tokayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Azərbaycan və Qazaxıstan prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

 

Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidentinin və xanımının şərəfinə nahar verildi

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR