Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97220
az

“Hərbi əməliyyat artıq üçüncü mərhələdədir” – Netanyahu

15:0031 Oktyabr, 2023
320
SİYASƏT
  • A

“İsrailin Qəzza zolağında Fələstinin HƏMAS təşkilatının tərəfdarlarının hücumuna cavab olaraq başlatdığı hərbi əməliyyat anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələsinə qədəm qoyub”.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında bildirib.

“Biz müharibənin ortasındayıq. Qarşımıza dəqiq bir məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik. Blokadanın ilkin mərhələsi başa çatıb. İkinci mərhələdə mütəmadi olaraq hava hücumları davam edir. Üçüncü mərhələ Qəzza zolağına qurudan hücumun genişləndirilməsidir. İsrail Müdafiə Qüvvələri bunu çox güclü addımlarla, həmçinin, sistemli şəkildə addım-addım həyata keçirir”, - Netanyahu bildirib.

Netanyahu əlavə edib ki, Qəzza zolağı daxilində quru əməliyyatlarına HƏMAS tərəfdarları tərəfindən saxlanılan girovların azad edilməsi səyləri də daxildir.

“Bu manevr (İsrail ordusunun quru əməliyyatı nəzərdə tutulur) hətta girovların azad edilməsi üçün imkanlar açır və biz onları əldən verməyəcəyik. Bu kampaniya vaxt aparacaq, gözlənilməz maneələr çıxacaq, çətinliklər, hətta itkilər olacaq, amma sonda sizə bir şey vəd edirəm: HƏMAS məğlub olacaq, Qəzza başqa Qəzza olacaq”.

Baş nazir həmçinin bildirib ki, İsrail ordusu Livandan atışmaların davam etdiyi şimal sərhədlərində yüksək döyüş hazırlığı vəziyyətindədir.

“Paralel olaraq, biz şimal cəbhəsini də nəzarət altına almaq üçün fəal şəkildə işləyirik. Mən “Hizbullah”a bir daha deyirəm: prosesə tam müdaxilə etmək qərarına gəlsəniz, həyatınızın səhvini etmiş olacaqsınız”, - deyə Netanyahu xəbərdarlıq etdi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb