Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96534
az

Türkiyədən Zəngəzur dəhlizi AÇIQLAMASI: "Qarşımıza məqsəd qoymuşuq"

23:1014 Oktyabr, 2023
258
SİYASƏT
  • A

"Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanıram”.

OXU24.COM  xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək”, - nazir vurğulayıb.

Abdulkadir Uraloğlu deyib ki, Bakı-Tbilisi-Qars xətti ilə Türkiyədən Avropanın bir çox nöqtəsinə, o cümlədən qərbdə Bolqarıstan, Macarıstan, Almaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Serbiya və Fransaya, Şərqdə İran, Əfqanıstan və Pakistana, şimalda Rusiyaya, Asiyada Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Çinə yük qatarları göndərilir: “İndi biz Zəngəzur Dəhlizi və “İnkişaf yolu” layihələri ilə iki yeni beynəlxalq xətti həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq".

Nazir qeyd edib ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dəmiryolu sahəsində yeni dövr başlayıb. O, dəmir yolu şəbəkəsinin 14 min kilometrə çatdığını söyləyib. Onun sözlərinə görə, dəmiryolu sürətli və rahat səyahət istəyənlərin ilk ünvanıdır.

Abdulkadir Uraloğlu daha əvvəl bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işlərə davam edir, Türkiyə tərəfi də yaxın zamanlarda bu işlərə başlayacaq. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ:
Ukrayna yaxın bir neçə ildə NATO-ya qəbul edilməyəcək - Baydenin xüsusi köməkçisi
Türkiyə XİN Fransanın qərarını pislədi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ