Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96348
az

Qranadaya gedən Paşinyan Bişkek səfərindən imtina etdi - VİDEO MÜSAHİBƏ

19:4511 Oktyabr, 2023
253
SİYASƏT
  • A

Ermənistan hər zaman qeyri-konstuktiv addımları ilə proseslərin gedişinə xələl gətirib. Ermənistanın növbəti belə bir addımı isə Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan imtina etməsi oldu.

Paşinyan 6 saat Qranadaya uçur, orada Azərbaycanın iştirak etmədiyi görüşdə Azərbaycanı müzakirə edir. Lakin 2-3 saatlıq uçuş vaxtı olan Bişkekə getməkdən imtina edir. Məlumdur ki, Qranada görüşündə Ermənistanın havadarları var idi və Paşinyanın ora getməsi "mütləq" idi.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Paşinyanın Bişkek görüşündə iştirakdan imtina etməsi təəccüblüdür.

"6 saatlıq yolu qət edərək Qranadaya gedir, Bişkekə getməkdən isə imtina edir. Qranadada kimlər var idi? Fransa, daim Ermənistanı dəstəkləyir, birtərəfli mövqe nümayiş etdirir, ədaləti müdafiə etmir, beynəlxalq hüquqa əməl etmir, yalnız Ermənistanın mövqeyindən çıxış edir", - deyə o əlavə edib.

Deputat əlavə edib ki, Paşinyanın bu cür davranışı qəbul edilməzdir və onu göstərir ki, Ermənistan sülhü dəstəkləmir.

OXU24.COM  Trend-ə istinadən daha geniş videomüsahibəni təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Paşinyan: Mümkün qədər tez...
Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ: