Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95930
az

Putin Ermənistana getsə, həbs olunmalıdır – Parlament qərarı təsdiqlədi

16:2203 Oktyabr, 2023
234
SİYASƏT
  • A

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasına səs verib.

Səsvermə yerli portallar tərəfindən real vaxt rejimində yayımlanıb.

“60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Qərar qəbul edilib”, - parlamentin spikeri Alen Simonyan bildirib.

Məsələnin müzakirəsini boykot edən müxalif “Ermənistan” və “Mənim namusum var” fraksiyaları iclas otağına qayıdıb və statutun əleyhinə səs veriblər. Onlar qeyd ediblər ki, bu sənədin qəbul edilməsinin Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur və geosiyasi məqsədlər güdür. Bundan əvvəl onlar bəyanat yayıblar və hakimiyyətin bu sənədi ratifikasiya etmək qərarını pisləyiblər və qeyd ediblər ki, Ermənistan hakimiyyəti bu addımı ilə onların Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən təhlükə altına alıb və bu, ölkə üçün ağır nəticələrlə doludur.

Respublikanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bir daha bəyan edib ki, Roma Əsasnaməsinin ratifikasiyası Ermənistan ərazisində hərbi cinayətlər törətmiş azərbaycanlı hərbi qulluqçulara qarşı yönəlib.

Qeyd edək ki, sentyabrın 1-də Ermənistan hökuməti Roma Statutunu ratifikasiya üçün Milli Assambleyaya göndərib. Sentyabrın 28-də isə Ermənistan Parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.

Xatırladaq ki, bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən icra olunmalı olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO