Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95692
az

“Bu gözləntiləri telefonla danışarkən Paşinyana da bildirdim” – Ərdoğan

17:5726 Sentyabr, 2023
249
SİYASƏT
  • A

“Azərbaycan ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir. 30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad ediləndən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. Mülki əhalinin ehtiyac duyduğu hər şey və yük maşınları ilə ərzaq məhsulları bölgəyə çatdırılır. Mən də azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikası səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Türkiyə olaraq bütün proseslərdə Azərbaycanın yanında olduq. Mən keçən həftə BMT Baş Assambleyasına müraciətimdə dəstəyimizi qətiyyətlə vurğuladım. Əməliyyat nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndi. Daha da önəmlisi, 44 günlük Vətən müharibəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Bu fürsəti dəyərləndirmək fikrimiz hər kəsə məlumdur. Ermənistandan prosesi uzatmaq əvəzinə güclü iradə nümayiş etdirməsini gözləyirik. Mən bu gözləntiləri sentyabrın 11-də telefonla danışdığım Ermənistanın Baş naziri cənab Nikol Paşinyana da bildirdim. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək.

Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcəyik. Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaqdır. Mənə və nümayəndə heyətimə göstərilən müsbət qəbula görə qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etmək istəyirəm”, - Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, ötən gün – sentyabrın 25-də R. T. Ərdoğan Naxçıvan MR-ə rəsmi səfərə gəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşakov:
Makron: Fransa Rusiya ilə müharibə aparmır
Ərdoğandan HƏMAS-ın atəşkəsə razılıq verməsinə reaksiya

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ