Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94375
az

Priqojının ölümü rəsmən təsdiqləndi

15:1027 Avqust, 2023
234
SİYASƏT
  • A

Rusiyanın İstintaq Komitəsi "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümü rəsmən təsdiqləyib.

OXU24.COM xəbər verir ki, bu barədə TASS müvafiq quruma istinadən məlumat yayıb.

"Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojın da var", - qurum açıqlayıb.
 

Xatırladaq ki, avqustun 23-də - "vaqnerçilər"in qiyamından düz 2 ay sonra - Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində "Vaqner" özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus "Embraer Legacy 600" biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.

Daha öncə CNN telekanalı Priqojının təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lavrov dünyanın bütün problemlərinin səbəbini AÇIQLADI
ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR - İsrail hökuməti ciddi narahatlıq keçirir
İsrail atəşkəsə hazırdır… – Netanyahu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü