Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93589
az

"Çin Rusiya və Qərbə ikili oyun oynayır" - Politoloq şərh edir

14:2809 Avqust, 2023
272
SİYASƏT
  • A


ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yarandığını açıqlayıb. Amerikalı analitiklərin fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Vanq Yi arasında aparılan danışıqlar göstərir ki, Pekinin müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində Moskva ilə getdikcə fikir ayrılığı yaranır.

Çinin 40-dan çox ölkənin Səudiyyə Ərəbistanında keçirilən Ukrayna sammitinə qatılması da Rusiyanın xoşuna gəlməyib.

Maraqlıdır, Çin Ukrayna ilə bağlı siyasətini dəyişirmi? Çinin bu gözlənilməz addımı nə ilə əlaqəli ola bilər? 

 Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti onun tərəfdaşlarını da qorxudub: "Əslində, Rusiyanın tərəfdaşları bu müharibənin əleyhinədir.  Rusiyanın hansı tərəfdaşları var? Strateji olaraq  Belarus, Çin və müəyyən qədər Ermənistanı tərəfdaş hesab etmək olar. Halbuki Ermənistanın indiki  hökuməti Qərbə yaxınlaşır. Belarus belə Rusiyanın  müttəfiqi sayılsa da, bu müharibəyə qarışmaq istəmir. Çinin özü də Rusiya-Ukrayna  müharibəsindən çəkinir. Çünki bu müharibə Çinin  siyasi və iqtisadi maraqlarına zərər vurur, regional layihələrinə təhlükə yaradır. Ona görə də Çin  Rusiyanın nə düşünməsindən asılı olmayaraq, Səudiyyə Ərəbistanındakı toplantıya qatılıb. Ancaq  bu o demək deyil ki, Çin Rusiya ilə strateji müttəfiqlikdən imtina edir. Yəqin ki, strateji   tərəfdaşlıq davam edəcək. Amma Çin bu yolla həm  də Rusiyaya mesaj göndərir ki, alternativ təklifləri də müzakirə etməyə hazırdır. Çinin Qərblə də   münasibətləri gərgindir. Bəlkə də Səudiyyə Ərəbistanındakı toplantıda iştirak etməklə Qərbə mesaj göndərir ki, Rusiyanın Ukraynaya işğalçı müharibəsini dəstəkləmir". 

Ekspert qeyd edir ki, Çin burada ikili oynayır: 

"Digər biri tərəfdən baxanda, gələn xəbərlərə görə, Çin Rusiyadan hərbi texnika, silah da nəql etməyə başlayıb. Üstəgəl, Rusiyanın Müdafiə naziri Serqey  Şoyqunun Şimali Koreyaya səfəri olmuşdu. Rusiya,  Çin, Şimali Koreya hərbi blok yaratmaq, hərbi  təlimlər də keçmək istəyirlər. Bundan əlavə, Çinlə  Rusiya okeanlarda hərbi təlimlər keçirlər və bu, Qərb ölkələrini, Yaponiyanı, Avstraliyanı və Hindistanı narahat edir. Çin bir  tərəfdən siyasi, hərbi, strateji tərəfdaşlığı davam etdirir, digər tərəfdən isə Qərblə bütün körpüləri yandırmamaq üçün Səudiyyə Ərəbistanındakı toplantıya qatılıb". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı