İrandan nüvə proqramı ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: Tehran razılaşdı
28 Sentyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
523
09.08.2023, 14:28
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yarandığını açıqlayıb. Amerikalı analitiklərin fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Vanq Yi arasında aparılan danışıqlar göstərir ki, Pekinin müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində Moskva ilə getdikcə fikir ayrılığı yaranır.
Çinin 40-dan çox ölkənin Səudiyyə Ərəbistanında keçirilən Ukrayna sammitinə qatılması da Rusiyanın xoşuna gəlməyib.
Maraqlıdır, Çin Ukrayna ilə bağlı siyasətini dəyişirmi? Çinin bu gözlənilməz addımı nə ilə əlaqəli ola bilər?
Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti onun tərəfdaşlarını da qorxudub: "Əslində, Rusiyanın tərəfdaşları bu müharibənin əleyhinədir. Rusiyanın hansı tərəfdaşları var? Strateji olaraq Belarus, Çin və müəyyən qədər Ermənistanı tərəfdaş hesab etmək olar. Halbuki Ermənistanın indiki hökuməti Qərbə yaxınlaşır. Belarus belə Rusiyanın müttəfiqi sayılsa da, bu müharibəyə qarışmaq istəmir. Çinin özü də Rusiya-Ukrayna müharibəsindən çəkinir. Çünki bu müharibə Çinin siyasi və iqtisadi maraqlarına zərər vurur, regional layihələrinə təhlükə yaradır. Ona görə də Çin Rusiyanın nə düşünməsindən asılı olmayaraq, Səudiyyə Ərəbistanındakı toplantıya qatılıb. Ancaq bu o demək deyil ki, Çin Rusiya ilə strateji müttəfiqlikdən imtina edir. Yəqin ki, strateji tərəfdaşlıq davam edəcək. Amma Çin bu yolla həm də Rusiyaya mesaj göndərir ki, alternativ təklifləri də müzakirə etməyə hazırdır. Çinin Qərblə də münasibətləri gərgindir. Bəlkə də Səudiyyə Ərəbistanındakı toplantıda iştirak etməklə Qərbə mesaj göndərir ki, Rusiyanın Ukraynaya işğalçı müharibəsini dəstəkləmir".
Ekspert qeyd edir ki, Çin burada ikili oynayır:
"Digər biri tərəfdən baxanda, gələn xəbərlərə görə, Çin Rusiyadan hərbi texnika, silah da nəql etməyə başlayıb. Üstəgəl, Rusiyanın Müdafiə naziri Serqey Şoyqunun Şimali Koreyaya səfəri olmuşdu. Rusiya, Çin, Şimali Koreya hərbi blok yaratmaq, hərbi təlimlər də keçmək istəyirlər. Bundan əlavə, Çinlə Rusiya okeanlarda hərbi təlimlər keçirlər və bu, Qərb ölkələrini, Yaponiyanı, Avstraliyanı və Hindistanı narahat edir. Çin bir tərəfdən siyasi, hərbi, strateji tərəfdaşlığı davam etdirir, digər tərəfdən isə Qərblə bütün körpüləri yandırmamaq üçün Səudiyyə Ərəbistanındakı toplantıya qatılıb".
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.