Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91072
az

"Pərdə arxasında bu qüvvələr dayanır"

15:3018 İyun, 2023
239
SİYASƏT
  • A

Pərdə arxasında Cənubi Qafqazda sülh istəməyən "xüsusi maraqları" olan qüvvələr dayanır.

Bu barədə Trend-ə ATƏT-in Minsk Qrupunun (MQ) ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

"Sərhəddə, istər keçid məntəqələrində, istərsə də başqa yerlərdə hər hansı atəş və ya digər iğtişaşlar narahatlıq doğurur, çünki bu cür hadisələr həmişə nəzarətdən çıxa bilər. Ermənistan və Azərbaycan həqiqi və davamlı sülhə nail olmaq üçün fədakarcasına çalışırlar. Bununla belə, həmişə bilmək lazımdır ki, pərdə arxasında sülh istəməyən və təhlükəsiz gələcəyin qarşısını almaq üçün nə qədər irəli gedə biləcəklərini sınaqdan keçirəcək "xüsusi maraq" qüvvələri var", - deyə o bildirib.

R.Hoqland hesab edir ki, bu səbəbdən öz dövlətləri və xalqları üçün həqiqi və davamlı sülhü təmin etmək üçün hər iki tərəfin nümayəndələrinin açıq və dürüst danışıqları davam etdirməsi vacibdir.

Qeyd edək ki, 2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən atəşə tutulması nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Laçın sərhəd-buraxılış məntəqəsində xidmət edən hərbi qulluqçusu yaralanıb.

Düşmənin atəş nöqtəsi cavab atəşi ilə susdurulub, vəziyyət Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi
Bayramov Fidanla nələri müzakirə etdi? - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü