Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89632
az

Əlcəzair lideri Azərbaycan Prezidentini təbrik edib

20:0022 May, 2023
187
SİYASƏT
  • A
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Oxu24.com xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri, əziz Qardaşım! Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha çox inkişaf, firavanlıq və tərəqqi diləməkdən məmnunluq duyuram. Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd edilməsi, Qoşulmama Hərəkatının hazırkı sədri olaraq 2022-ci ilin noyabr ayında Əlcəzairin ev sahibliyi etdiyi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq qismində dəyərli iştirakınız mənə dostluq və əməkdaşlıq münasibətlərimizin dinamizmindən dərin məmnunluğumu ifadə etmək imkanı verir. Ölkələrimizin ümumi maraqları və qardaş xalqlarımızın istəklərinə xidmət edən əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Sizinlə əməkdaşlığımızı, həmçinin ümumi maraq kəsb edən məsələlər və dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək beynəlxalq forumlarda məsləhətləşmələrimizi davam etdirməyə hazır olduğumu bir daha qeyd etmək istərdim. Zati-aliləri cənab Prezident, əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir - Rumen Radev

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ